Kohendən İsraildə səfirliyimizin açılmasına münasibət

Kohendən İsraildə səfirliyimizin açılmasına münasibət

İsrail Dövlətinin xarici işlər naziri, Birgə Komissiyanın həmsədri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılmasını yüksək qiymətləndirib.

AzerTimes xəbər verir ki, İsrail XİN rəhbəri bu barədə bu gün Azərbaycan Prezidenti İlham Əliyevin qəbulunda olarkən bildirib. O, bunun ölkələrimiz arasında strateji əlaqələr qurulması işinə töhfə verəcəyinə ümidvarlığını qeyd edib.

İsrailin xarici işlər naziri səfirliyin açılmasına görə təşəkkürünü ifadə edib, İsrail ilə Azərbaycan arasındakı əlaqələrin strateji xarakter daşıdığını vurğulayıb. O, dostluq münasibətlərimizin təkcə dövlətlərimiz arasında deyil, xalqlarımız arasında da mövcud olduğunu bildirib.

Teqlər: