İsrailin xarici işlər naziri Eli Kohen BMT Baş katibi Antonio Quterreşin Qəzza zolağının uşaqlar üçün qəbiristanlığa çevrilməsi ilə bağlı sözlərini tənqid edib.
AzerTimes xəbər verir ki, Kohen bu barədə X sosial şəbəkə hesabında yazıb.
O, Quterreşə HƏMAS tərəfindən girov götürülən israilliləri xatırladıb:
“Ayıb olsun sənə, Antonio Quterreş! Qəzza zolağında 30-dan çox azyaşlı, o cümlədən 9 aylıq körpə və uşaqlar öz iradəsi əleyhinə saxlanılır”.
Kohen vurğulayıb ki, anklavdakı vəziyyətin günahkarı bu terror təşkilatını məhv etməyə çalışan İsrail hərbçiləri deyil, HƏMAS-dır.