Ermənistanın eks-prezidenti Robert Köçəryanın işi üzrə istintaq bərpa ediləcək.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, istintaq işinə Antikorrupsiya Məhkəməsində baxılacaq.
Qeyd edək ki, 2021-ci ildə Köçəryana qarşı cinayət təqibi dayandırılıb. Ona qarşı 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi açılmışdı.