Köçəryanın 3 deputatı həbs edilə bilər

Köçəryanın 3 deputatı həbs edilə bilər

Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifətdən olan 3 deputatın həbsini istisna etməyib.

AzerTimes xəbər verir ki, Simonyan vaxtilə qanunsuzluq etdiyi üzə çıxan şəxslərin həbsinin mümkünlüyünü bildirib. Buna baxmayaraq, o, konkret faktları bilmədiyini deyib.

Qeyd edək ki, Ermənistan baş prokurorunun parlamentə 3 deputatın – Seyran Ohanyan (keçmiş müdafiə naziri), Vaqe Akopyan və Armen Çarçyanın həbsi üçün müraciət edəcəyi haqda məlumat yayılıb.

Onlar vəzifədə işlədikləri zaman qanunsuzluq etməkdə şübhəli bilinirlər.

Hər üç şəxs ikinci prezident Robert Köçəryanın rəhbərlik etdiyi “Ermənistan” fraksiyasının deputatıdır.

Teqlər: