“Ermənistan” və “Şərəfim var” fraksiyaları parlamentin iclasına geri dönüblər.
AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, müxalifət uzun müddət küçə mübarizəsi səbəbindən parlamentin iclasını boykot edib, lakin heç bir nəticə əldə etmədikləri üçün geri qayıtmağa məcbur olub.
“Ermənistan” blokunun deputatı Ağvan Vardanyan bildirib ki, hazırda küçə mübarizəsində “fasilə”dir, ona görə parlamentə dönməyə qərar veriblər.
Qeyd edək ki, “Ermənistan” və “Şərəfim var” fraksiyaları sabiq prezidentlər Robert Köçəryan və Serj Sərkisyana aiddir. Fraksiya deputatları apreldən parlament iclaslarını boykot edirdilər.