Köçəryan və onunla həmfikir olanlar… – Kuznetsov

Köçəryan və onunla həmfikir olanlar… – Kuznetsov

AzerTimes Azərtac-a istinadən tanınmış rusiyalı politoloq Oleq Kuznetsovun publisist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nadiyə Qafarovaya müsahibəsini təqdim edir:

– Bəzi rusiyalı ekspertlər Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması üzrə Avropa İttifaqının və onun simasında Qərbin səylərini Rusiyanı bu prosesdən sıxışdırıb çıxarmaq cəhdi kimi nəzərdən keçirirlər. Bu barədə Sizin fikrinizi bilmək istərdik…

– Həqiqətən belə fikir mövcuddur və Rusiya KİV-ində vaxtaşırı dərc edilir. Lakin qeyd etmək lazımdır ki, bu fikri söyləyənlər Ukrayna ətrafındakı hadisələr fonunda Ermənistan-Azərbaycan və yaxud Qırğızıstan-Tacikistan münaqişəsi kimi çoxsaylı kiçik lokal münaqişələrdən Rusiya sərhədləri boyunca bir növ “qeyri-sabitlik kəməri”nin yaradılması barədə kollektiv Qərbin geosiyasi modelini həyata keçirmək istəyən insanlardır. Mənim fikrimcə, Qarabağ ətrafında və bütövlükdə Cənubi Qafqazda vəziyyət sabitdir və partlayış təhlükəli deyil, erməni separatçılarının xırda həmlələri bu vəziyyətə heç cür təsir göstərmir və bu şəraitdə liberal meyilli politoloqlar Qarabağ məsələsinin nizamlanması işində Avropa İttifaqı tərəfindən Rusiyanın maraqlarına hansısa diplomatik təhdid barədə tezis vasitəsilə Kremlə informasiya-psixoloji təzyiq göstərməyə cəhdi edirlər. Reallıqda isə Azərbaycan da, Ermənistan da de-yure və de-fakto Rusiyanın müttəfiqləridir və hamıya məlum olan bir çox beynəlxalq sənədlərdə onun bu prosesdə, xüsusən də Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası işində aparıcı vasitəçilik rolunu qəbul və təsbit edirlər. Bu barədə hər hansı kənar uydurma və mühakimələr subyektiv arzu və istəklərdən asılı olmayaraq bu obyektiv reallığı dəyişə bilməz.

– Ermənistanda Robert Köçəryanın başçılığı ilə müxalifətin mitinqləri səngimir. Sosial mediada erməni oliqarx dairələrinin maliyyə iştirakı ilə fəal şəkildə belə bir fikir dolanır ki, guya Paşinyanın “sözəbaxanlığı”ndan narazı qalan Kreml Ermənistan hakimiyyətinin başında öz “adamı”nı görməyi arzulayır və bu, onların fikrincə Koçaryandır. Lakin son hadisələr fonunda Rusiyaya öz sərhədlərində qeyri-sabitlik yəqin ki, lazım deyil və Ermənistanı asta da olsa, lakin düzgün şəkildə başa salırlar ki, Azərbaycan ilə sülhün alternativi yoxdur. Erməni müxalifətinin əldə olunan bütün razılaşmalar istisna olmaqla, öz xalqına təklif etməyə heç nəyi yoxdur. Bunu nəzərə alaraq, erməni müxalifətinin etiraz aksiyasını növbəti dəfə “Qarabağ kartı”ndan istifadə etməklə hakimiyyətə qayıtmaq kimi boş cəhd hesab etmək olarmı?

– Bəli, erməni ictimaiyyəti, xüsusən də onun bu gün erməni etirazlarının aparıcı qüvvəsini təşkil edən hissəsi tədricən o fikrə alışdırılır ki, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin və ona müvafiq digər dövlətlərarası müqavilələr paketinin bağlanması sabahkı gün üçün qaçılmazdır. Bu gün cəmiyyət Paşinyanın əleyhinə olan müxalifətin küçələrə hansı sayda insanın çıxması onu göstərir ki, erməni ictimaiyyəti tədricən bu fikrə öyrəşir. Etiraz yürüşlərinə ən çoxu 10 min nəfər toplaşdığı halda, Ermənistan əhalisinin yarıdan çoxu, xüsusən də heç bir imkana malik olmayanlar Paşinyanı dinməzcə dəstəkləyir. Özü də 2020-ci il müharibəsində məğlubiyyətdən sonra.

Siz tamamilə haqlı olaraq deyirsiniz ki, etiraz aksiyalarının əsas sponsoru aktivləri Rusiyada olan Köçəryandır. Lakin başa düşmək lazımdır ki, Rusiyaya sanksiya təzyiqi nəticəsində Köçəryanın aktivləri azalır və o, artıq öz tərəfdarlarının əvvəlki maliyyə səviyyəsini dəstəkləmək iqtidarında deyil. Üstəlik, Paşinyan hakimiyyətdə olduğu illərdə Köçəryanın Ermənistan Prezidenti olduğu vaxt yerli və rusiyalı erməni oliqarxlar arasında yaratdığı kriminal-bank əlaqələrini qıraraq, Ermənistanın siyasi landşaftının Rusiyadakı erməni diasporundan maliyyə asılılığını əhəmiyyətli şəkildə azaldıb. Köçəryan və onunla həmfikir olanlar yoxsullaşır, onun ehtiyatları tükənir, deməli, onunla bağlı Ermənistandaxili müxalifətin etirazçı hissəsinin də ehtiyatları tükənir. Əgər bu hissə indi fəallıq göstərməsə, iki ildən sonra bunu etmək imkanından ümumiyyətlə məhrum olacaq.

– Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasının hazırkı mərhələsində ən mühüm aspekt hazırda Qarabağda yaşayan ermənilər üçün təhlükəsizliyin təminatıdır. Hər halda, erməni informasiya resurslarında dərc olunan materiallardan görünür ki, erməni tərəfi məsələni belə qoyur. Erməni xuntası Nikol Paşinyanı “ermənilərin maraqlarına dönük çıxmış adam” kimi təqdim edir. Siz necə hesab edirsiniz, Qarabağda sülhün alternativi varmı? Ölkənin sülh erasını müdafiə edən hakimiyyət orqanları ilə sülh təşəbbüslərini öz arşınları ilə ölçən diasporla əlbir olan oliqarxların müəyyən təbəqəsi arasında aşkar qarşıdurma fonunda bu vəziyyətin sonu Sizə necə görünür?

– Prinsip etibarilə, mən Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının alternativini görmürəm, çünki bütün başqa variantlar özünün geosiyasi ətrafı ilə nə siyasi, nə də digər müstəvidə rəqabət apara bilməyən erməni dövlətçiliyinin gec-tez süqutuna aparır. Artıq regionun ən yoxsul ölkəsi Gürcüstan deyil, Ermənistandır və Ermənistan bu vəziyyəti yalnız özünün bütün qonşuları ilə, ilk növbədə, Azərbaycan və Türkiyə ilə sülh və dostluq vasitəsilə dəyişə bilər. Özü də indiki şəraitdə işlərin belə vəziyyəti yalnız pisləşə bilər: indi Rusiya vətəndaşlarının Ermənistana axını müşahidə olunur, onlar Ukrayna ətrafında hadisələrlə əlaqədar yaranan geosiyasi fırtınanın səngiməsini gözləməyə cəhd edirlər. Bu isə, xüsusən biznes sahəsində erməni identikliyini dağıdır. Ölkənin daxili vəziyyətinin alternativini onlarda görən erməni cəmiyyətinin müəyyən hissəsi bu istiqaməti götürür. Bu isə, öz növbəsində, “ipə-sapa yatmayanlar”ın mövqeyinin daha da zəifləməsinə gətirib çıxaracaq. Ermənistanda Azərbaycan ilə sülh uğrunda hərəkat güc toplayır və bu meyli dəyişmək artıq mümkün deyil.

– Sonuncu sual. Ermənistan mətbuatında bu və ya digər fəalların, o cümlədən rusiyalı ekspertlərin dilindən tez-tez sıravi erməni vətəndaşlara Rusiya təbəəliyi barədə çağırışlar səslənir. Motiv bəllidir, lakin əsl səbəb necə? Bu barədə Sizin şərhinizi eşitmək istərdik.

– Rusiya – onun vətəndaşlarının yaşadığı respublikadır. Ona görə də heç kimi Rusiya təbəəliyinə çağırmır və buna məcbur etmirlər. Ermənilərin Ermənistanı tərk etməsi obyektiv prosesdir ki, bunu çoxdan müşahidə edirik və bu, Rusiya tərəfindən olan çağırışlardan heç cür asılı deyil.

Teqlər: