Köçəryan: Müstəqilliyimiz 2023-ün 19 sentyabrından başlayır

Köçəryan: Müstəqilliyimiz 2023-ün 19 sentyabrından başlayır

“Mülki müqavilə” fraksiyasının sədr müavini Andranik Köçəryanın “Azadlıq” radiosuna müsahibəsi sensasiya doğurub.

AzerTimes xəbər verir ki, erməni politoloq Suren Surenyants bu müsahibədəki etiraflara diqqət çəkib.

O bildirib ki, Köçəryan Nerkin-Hand yaşayış məntəqəsi yaxınlığındakı mövqelərdən Azərbaycan Ordusunu atəşə tutan, nəticədə DSX-nin qisas əməliyyatı ilə məhv edilən “Yerkrapa” üzvlərini müdafiə etməyib, əksinə, olaya daha praqmatik və obyektiv yanaşmağa çalışıb.

“Onun açıqlamasından elə təəssürat yarandı ki, o 4 ölən şəxsi tutub, yenidən güllələmək lazımdır. Köçəryan dedi ki, bizim müstəqilliyimizin əsl günü 21 sentyabr deyil, 19 sentyabrdır, çünki biz müharibəyə qarışmaqdan yayına bilmişik”, – Surenyants vurğulayıb.

Qeyd edək ki, Köçəryan 19 sentyabr deyəndə Azərbaycan Ordusunun anti-terror əməliyyatını nəzərdə tutub. Başqa sözlə, Ermənistanın bu anti-terror əməliyyatına müdaxilə edəcəyi və terrorçulara dəstək verəcəyi halda Ermənistanın dövlət suverenliyini təhlükə gözlədiyini etiraf edib.

Teqlər: