Köçəryan Meğrini Azərbaycana verməyə razılaşmışdı – Nikol

Köçəryan Meğrini Azərbaycana verməyə razılaşmışdı – Nikol

Müdafiə naziri Vaqarşak Arutyunyan mediaya müsahibəsində bildirmişdi ki, Meğri variantı 1999-cu ilin iyulunda Heydər Əliyevlə Robert Köçəryan arasında Sədərəkdə keçirilən görüşdə onun iştirakı ilə müzakirə edilib.

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 27-də parlamentdə 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasının iclasında deyib.

“Arutyunyan həmçinin demişdi ki, Köçəryan ona Meğri variantının Qarabağ konfliktinin həllində yaxşı variant olduğunu deyib. Onun sözlərinə görə, variant belə idi: Keçmiş Dağlıq Qarabağın ərazisi və Laçın Ermənistana birləşirdi, əvəzində Meğri Azərbaycana verilirdi. Amma bu halda Ermənistan İranla quru əlaqəsini itirirdi. “Aravot” qəzeti 2 iyun 2000-ci ildə xarici işlər naziri Vardan Oskanyanın həmin il aprelin 25-də Qlendeyl şəhərinin erməni icması ilə görüşündə şəxsi, qeyri-rəsmi çıxışı zamanı aşağıdakıları dediyi barədə məlumat dərc etmişdi: Meğri Azərbaycana verilir, Qarabağ Laçınla – Ermənistana. Meğri vasitəsilə Ermənistana suveren yol verilir ki, bu yolla İranla suveren əlaqəyə girə bilərdi. Çıxış “California Courier” həftəlik qəzetində dərc olunub, burada Oskanyanın sözlərinə də yer verilib ki, bu təklifdə müəyyən məntiq var və o, ciddi müzakirə olunmalıdır”, – Paşinyan bildirib.

Teqlər: