Köçəryan mediasının pulunu kəsdi: siyasətdən çəkilir…

Köçəryan mediasının pulunu kəsdi: siyasətdən çəkilir…

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın və ailəsinə bağlı olan media qurumları ciddi ixtisarlara başlayıb. Xüsusilə də “Yerevan today.am” xəbər saytının əməkdaşlarına məlumat verilib ki, fevralın 1-dən portal minimum ştatla fəaliyyət göstərəcək. Səbəb kimi isə maliyyə problemləri göstərilib.

AzerTimes xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

“Sözügedən prosesin siyasi məzmunu da var. Robert Köçəryan komanda ilə son görüşdə bildirib ki, o, fəaliyyətində passiv olmaq qərarına gəlib. Çünki onu müxalifət meydanını zəbt etməkdə və yeni müxalifətin formalaşmasına mane olmaqda ittiham edirlər”, – məlumatda deyilir.

Teqlər: