Ermənistanın keçmiş prezidenti Robert Köçəryan dünən ölkəni tərk edib.
AzerTimes xəbər verir ki, bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.
Onun sözlərinə görə, Köçəryanın vəkilləri növbəti iclasın sentyabrın 20-də keçiriləcəyini nəzərə alaraq, məhkəmədən onun ölkəni tərk etməsi barədə icazə istəyib.
“Məhkəmə avqustun 22-29 tarixlərində onun Ermənistanı tərk etməsinə icazə verib. O, avqustun 29-da qayıdacaq”, – Mikoyan bildirib.
Mikoyan onun hansı ölkəyə getdiyini açıqlamayıb. Amma bu ölkənin Rusiya olmadığını da bildirib.