KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında əməkdaşlığa dair Memorandum imzalanıb (FOTO)

Martın 11-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran
İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr
üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) və İranın Kiçik Sənaye və
Sənaye Parkları Təşkilatı (ISIPO) arasında əməkdaşlığa dair Anlaşma
Memorandumu imzalanıb.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov və İran İslam Respublikasının yollar və şəhərsalma
nazirinin müavini Xeyrulla Xadəmi imzalayıblar.

Memoranduma əsasən tərəflər sahibkarlıq üzrə təlim, seminar,
mübadilə proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək,
KOB-ların rəqabətqabiliyyətini dəstəkləmək və qarşılıqlı olaraq
bazarlara çıxışının genişləndirilməsi üçün sənaye parklarında
iştirak təşviq olunacaq, innovativ sahibkarlıq və informasiya
texnologiyaları transferinin asanlaşdırılması üçün tədbirlər
görüləcək, İran və Azərbaycanın kiçik müəssisələrinin iştirakı ilə
biznes assosiasiyaların yaradılmasına dəstək üçün qarşılıqlı biznes
missiyalar, görüşlər və səfərlər təşkil olunacaq, KOB-ların məhsul
və xidmətlərinə, birgə müəssisələrin yaradılması imkanlarına,
tədbirlər və sərgilərə dair qarşılıqlı məlumat mübadiləsi
aparılacaqdır.

Teqlər: