KOBİA və Dubay Ticarət və Sənaye Palatası əməkdaşlığa dair sənəd imzalayıb (FOTO)

Noyabrın 3-də Dubay şəhərində keçirilmiş Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Dubay Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Dubay Ticarət və Sənaye Palatasının Beynəlxalq əlaqələr idarəsinin direktoru Ömər Xan imzalayıblar. Memorandum hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın təşviqini, ticarət və investisiya imkanları sahəsində qarşılıqlı məlumat, KOB-lara xidmətin göstərilməsi üzrə fəaliyyətin təşkili və idarə edilməsi üzrə təcrübə mübadiləsini, KOB-lar arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə tədbirlərin təşkilini və digər istiqamətlərdə əməkdaşlığı nəzərdə tutur.


Teqlər: