Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) yerli və xarici iş adamları arasında əlaqələrin
genişləndirilməsi, yeni biznes təşəbbüslərinin reallaşdırılması
istiqamətində görüşlərini davam etdirir.
Agentlikdən
Trend-ə verilən məlumata görə, Aprelin 6-da KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov Azərbaycan-Fransa Ticarət
Palatasının (AFchamber) İdarə Heyətinin sədri Teybə Quliyeva və
İdarə Heyətinin üzvləri ilə görüşüb.
Görüşdə işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi
imkanları, o cümlədən tədbirlərin və layihələrin icrası, palata və
KOBİA arasında bu sahədə birgə əməkdaşlıq müzakirə edilib.