KOBİA sədri Türkiyə şirkəti ilə görüş keçirib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə
Heyətinin sədri Orxan Məmmədov Türkiyənin “Genka Klima” şirkətinin
İdarə Heyətinin sədri Salih Kadayıfçıoğlu ilə görüşüb.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, görüşdə KOBİA-nın xarici iş adamlarına ölkəmizdə
biznesin qurulması və investisiya qoyuluşu istiqamətində göstərdiyi
dəstək və xidmətlərə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir
mübadiləsi aparılıb.

Teqlər: