Xəbər - Fidan Babayeva, Orxan Nəbiyev -Trend:
Kiçik və orta biznes subyektlərinin maliyyə alətlərinə və mexanizmlərinə çıxışının sadələşdirilməsi və əlaqələndirilməsi üçün Mərkəzi Bank, Azərbaycan Banklar Assosiasiyası və digər maliyyə təşkilatlarının iştirakı ilə platforma yaradılıb.
AzerTimes-ın məlumatına görə, bunu Agentliyin İdarə heyətinin sədri Orxan Məmmədov KOBİA-nın 2020-ci il üzrə fəaliyyətinə həsr olunmuş brifinq zamanı deyib.
Onun sözlərinə görə, 2020-ci ildə Azərbaycanın biznes ictimaiyyətində 29 sahibkar və 451 menecer Almaniya-Azərbaycan mencerlərin ixtisasartırma proqramından istifadə edib:
“Agentlik ötən il regionlarda investisiyaların cəlb olunmasına dəstək göstərib. Xarici investisiya əsasında Oğuz rayonunun Sincan kəndində tütün müəssisəsinin fəaliyyətinə, eləcə də Astarada yeni turizm kompleksinin yaradılmasına, Lənkəran və Qəbələ rayonlarında sahibkarlar tərəfindən lavanda çayının istehsalının işə salınmasına dəstək göstərilib”.