KOBİA-nın “Telegram” kanalı istifadəyə verilib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) “Telegram” kanalı fəaliyyətə başlayıb.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, “Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA” adlı rəsmi “Telegram” kanalında Agentliyin fəaliyyəti, sahibkarlara göstərdiyi dəstək və xidmətlər, o cümlədən “KOB Dostu” şəbəkəsi, KOB inkişaf mərkəzləri (KOBİM) və KOB evləri ilə bağlı yeniliklər, təşkil olunan təlimlər, müsabiqələr, elanlar və sahibkarlıq fəaliyyyəti ilə bağlı digər vacib xəbərlər paylaşılacaqdır. Bu məlumatlar kanal abunəçilərinə bildiriş olaraq göndəriləcəkdir.

“Telegram” tətbiqini smart cihazlara yükləməklə https://t.me/smbgovaz kanalına abunə olmaq mümkündür.


Qeyd edək ki, KOBİA sosial şəbəkələr vasitəsilə kommunikasiyaya xüsusi önəm verir. Agentliyin “Telegram” kanalı ilə yanaşı, “Facebook”, “İnstagram”, “Linkedin” “Twitter” və “Youtube” sosial şəbəkələrində də səhifələri fəaliyyət göstərir.