KOBİA-nın nümayəndələri Belçikada səfərdədir

Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq
sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq
təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Belçikada
səfərdədir.

Səfər çərçivəsində Brüsseldə KOBİA-nın İdarə Heyətinin sədri
Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının direktor müavini
xanım Luisa Santos arasında görüş keçirilib. Görüşdə KOBİA-nın
sahibkarlığın inkişafı ilə bağlı Avropa İttifaqı tərəfindən
maliyyələşdirilən bir sıra layihələrin benefisiarı olduğu və
layihələrin uğurla başa çatdığı qeyd olunub. Vurğulanıb ki, Avropa
İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti –
2021” hesabatında Avropa şirkətlərinin davam edən yerli islahatlara
və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən
KOBİA ilk beşlikdə yer alıb.

Görüşdə Azərbaycan və təşkilata üzv KOB-lar arasında birbaşa
əlaqələrin qurulması üçün onların şəbəkələşməsinə, biznes
missiyaların təşkilinə, birgə müəssisələrin yaradılması
imkanlarına, qarşılıqlı sürətdə ixracın təşviqinə, investisiya
layihələri haqqında məlumat mübadiləsinə və birgə tədbirlərin
təşkilinə dair fikir mübadiləsi aparılıb.

Teqlər: