Xəbər - Sədrəddin Ağcayev – Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanda kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılması üçün İslam İnkişaf Bankı ilə danışıqlar aparır.
Trend-in məlumatına görə, bunu KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda keçirilən 5-ci Beynəlxalq bank forumunda çıxışı zamanı deyib.
“Bu günədək aldığımız müraciətlərin yarısının maliyyələşdirilməsi təmin olunub. Onu da qeyd edim ki, sahibkarlarımız bank kreditlərinin alınması zamanı problemlərlə üzləşir. Agentliyimiz bu prosesləri nəzərdən keçirir və dünya təcrübəsinə uyğun olaraq biz Azərbaycanda kiçik və orta sahibkarların alternativ kreditləşmə mənbələrinin yaradılması üçün İslam İnkişaf Bankı ilə danışıqlar aparırıq. Agentliyimiz həm də bu məsələ ilə bağlı ölkənin aparıcı bankları ilə danışıqlar aparırıq”, – deyə O.Məmmədov bildirib.
(Tərcümə: Orxan Nəbiyev)