Xəbər - Sədrəddin Ağcayev – Trend:
“Rusiya İxrac Mərkəzi” Səhmdar Cəmiyyət ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında anlaşma memorandumu imzalanıb.
Bu barədə Trend bu gün imzalanma mərasimindən məlumat verir.
Sənədi “Rusiya İxrac Mərkəzi”nin baş direktoru Veronika Nikişina və KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov imzalayıb.
Qeyd edək ki, Bakıda bu gün Bakıda “Ağıllı şəhər” infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası keçirilir.
(Tərcümə: Orxan Nəbiyev)