Xəbər - Sədrəddin Ağcayev – Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Azərbaycanın bölgələrində qrant proqramları reallaşdırır və ölkədə alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır.
Trend-in məlumatına görə, bunu bugün KOBİA-nın İdarə heyətinin sədri Orxan Məmmədov BMT-nin İqlim Dəyişikliyinə dair 26-cı (COP-26) konfransı ərəfəsində Bakıda keçirilən tədbir zamanı deyib.
Onun sözlərinə görə, Agentlik 2030-cu ilədək milli prioritetlər çərçivəsində Azərbaycanda alternativ enerjinin inkişafına hərtərəfli dəstək göstərməyə hazırdır:
“Biz “yaşıl” enerji, tullantıların təkrar emalı və digər fəaliyyət növləri ilə məşğul olan yerli şirkətləri dəstəkləyirik”.
(Tərcümə: Orxan Nəbiyev)