KOBİA Azərbaycan-Litva Biznes Forumu çərçivəsində memorandum imzalayıb (FOTO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və
Litva Respublikasının Prezidenti cənab Gitanas Nausedanın iştirakı
ilə Bakıda Azərbaycan-Litva Biznes Forumu keçirilib.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, tədbir çərçivəsində
ölkələrimiz arasında bir sıra sənədlər, o cümlədən Kiçik və Orta
Biznesin İnkişafı Agentliyi (KOBİA) və Litvanın Ticarət, Sənaye və
Sənətkarlıq Palataları Assosiasiyası arasında əməkdaşlıq haqqında
Memorandum imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan
Məmmədov və assosiasiyanın baş direktoru Gedre Rajiskinee
imzalayıblar.

Memorandumda hər iki ölkənin kiçik və orta müəssisələri arasında
ticarət və investisiya əməkdaşlığının təşviqi, sahibkarlıq
sahəsindəki yeniliklər barədə qarşılıqlı məlumatlandırma, KOB-lara
xidmətlərin göstərilməsi üzrə təcrübə mübadiləsi, əməkdaşlığın
gücləndirilməsi üçün seminarların, sərgilərin və digər təşviqat
tədbirlərinin təşkili və s. məsələlər nəzərdə tutulur.

Teqlər: