İndi Cənubi Qafqazda Gürcüstanın başına nə gələcəyi vacibdir.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko “Moskva-Bakı”ya müsahibəsində deyib.
“Gürcüstan müxalifəti qarşıdan gələn parlament seçkisində qalib gələ bilməz. Ona görə də Qərb ölkədə sabitliyin pozulması və rəngli inqilab texnologiyalarından indiki hakimiyyəti zorla devirmək üçün istifadə edəcək. Qərarvermə mərkəzi olan parlamenti ələ keçirib, sonra çevrilişi qanuniləşdirə bilərlər. Bütün bunlar Gürcü Arzusunun liderlərinin fiziki məhv edilməsinə qədər kifayət qədər sərt hazırlanır”, – o bildirib.