Gürcüstanın yeni kabinetində yalnız Müdafiə Nazirliyinin rəhbəri əvəzlənəcək.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş nazirliyinə namizədi İrakli Kobaxidze deyib.
“Bütün hökumət üzvlərini qalmağa dəvət etdim. Yalnız müdafiə naziri Cuanşer Burçuladze siyasətdən başqa sferaya keçmək istəyirdi. Onun qərarına hörmət edirəm. Müvafiq olaraq, yeganə dəyişiklik Gürcüstan hökumətində baş verəcək – müdafiə naziri postuna parlament sədrinin müavini İrakli Çikovaninin namizədliyi irəli sürüləcək”, – o bildirib.