Kobaxidze: Müxalifət gəncləri qurban verir

Kobaxidze: Müxalifət gəncləri qurban verir

Müxalif siyasətçilər kənar rəhbərlərin əmrlərini yerinə yetirərək etiraz aksiyalarında gəncləri qurban verirlər.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Siyasətçilərin (müxalifətin – red.) məsuliyyəti çox böyükdür, onlar, təbii ki, nəyin içində olduqlarını başa düşürlər. Ancaq müdirin tapşırığı var və ondan imtina etmək sadəcə mümkün deyil, casusun taleyi belədir. Ən acınacaqlısı odur ki, insanları, o cümlədən gəncləri qurban verirlər”, – o bildirib.

Qeyd edək ki, Baş nazir İrakli Kobaxidzenin 28 noyabrda AB-yə üzvlüklə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığını elan etməsindən sonra Tiflisdə genişmiqyaslı aksiyalar keçirilir.

Teqlər: