Gürcüstanın Baş naziri İrakli Kobaxidze “xarici agentlər” haqqında qanuna qarşı çıxan gəncləri açıq müzakirəyə dəvət edib.
AzerTimes xəbər verir ki, bu barədə o, Feysbuk səhifəsində yazıb.
“Düşünürəm ki, emosiyaların səngiməsi fonunda qanunla bağlı sağlam müzakirələr aparmaq üçün daha yaxşı imkan var. Etiraz aksiyalarında iştirak edən gəncləri ictimai müzakirələrdə iştirak etmək üçün 10-a qədər namizəd ayırmağı təklif edirəm. Nüfuzlu ekspert hesab etdiyiniz iki və ya üç orta yaşlı insanı müzakirəyə cəlb edə bilərsiniz”, – Kobaxidze bildirilib.
O, təklifinin cavabsız qalmayacağına ümid etdiyini qeyd edib.