Kobaxidze: Əgər Saakaşvilini azad edin deyib…

Kobaxidze: Əgər Saakaşvilini azad edin deyib…

Əgər Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar edərək Saakaşvili və Qvaramiyanı buraxın desələr və İvanişviliyə qarşı sanksiyalar barədə düşünmək qərarına gəlsələr, bu zaman bizim reaksiyamız sərt olacaq.

AzerTimes xəbər verir ki, bu sözləri “Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze, Avropa Parlamentinin qətnaməsini şərh edən zaman deyib. Onun sözlərinə görə, Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar etsə, bunun nəticəsini əvvəlcədən təsəvvür etmək çətindir:

“Düşünürəm ki, bu praktikada həyata keçirilməyəcək, lakin nəzəri olaraq təsəvvür etsək və Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar etsə, bunun nəticəsini əvvəlcədən təsəvvür edə bilmərəm. Avropa Parlamentinin qəbul etdiyi qətnamədə bizi Saakaşvili və Qvaramiyanı azad etməyə, Avropa Şurasının isə Bidzina İvanişviliyə qarşı sanksiya tətbiq etməyə səsləyib. Əgər Avropa Komissiyası və Avropa Şurası da Avropa Parlamentinin dediklərini təkrar etsə, Saakaşvili və Qvaramiyanı buraxın desələr və İvanişviliyə qarşı sanksiyalar barədə düşünmək qərarına gəlsələr, bu zaman əlbətdə ki, bizim reaksiyamız sərt olacaq”, – deyə Kobaxidze bildirib. Xatırladaq ki, ötən həftə Avropa Parlamenti Gürcüstanla bağlı 18 bənddən ibarət qətnamə qəbul edib. Qətnamədə media azadlığının təmin olunması, Saakaşvilinin azad olunması, İvanişviliyə sanksiya tətbiq edilməsi kimi bir sıra çağırılşar qəbul edilib.

Teqlər: