Kobaxidze də səs verdi

Kobaxidze də səs verdi

Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlament seçkilərində səs verib.

AzerTimes xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

“Bu gün özümüzə bir daha xatırlatmalıyıq ki, bu, çox prinsipial və həlledici bir seçkidir, referendum dəyərində olan bir seçimdir. Bu, 2012-ci il seçkilərinə bənzər bir seçkidir və ölkənin inkişaf istiqamətinin yenidən və qəti şəkildə müəyyənləşdirilməsi üçün mühüm bir məqamdır. Bu, müharibə ilə sülh, qeyri-əxlaqi təbliğatla ənənəvi dəyərlər, keçmişlə ölkənin parlaq gələcəyi arasında olan bir referndumdur”, – İrakli Kobaxidze.

Qeyd edək ki, bundan əvvəl Gürcüstan Prezidenti Salome Zurabişvili Tiflisdə parlament seçkilərində səs verib.

Teqlər: