Almaniya birləşdiyi kimi Gürcüstan da birləşəcək.
AzerTimes xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze Berlinə səfəri zamanı deyib.
“Almaniya ölkənizi səbirlə necə inkişaf etdirə biləcəyinizin simvoludur. Almaniya onilliklər boyu səbirlə birləşməyi, inteqrasiyanı gözlədi və nəhayət, 1989-cu ildə almanlar arzularını reallaşdırdılar. Bizim də strateji səbir siyasətimiz var. Əminik ki, siyasətimizin köməyi ilə sonda Gürcüstanın, eləcə də gürcülərin arzusunu reallaşdırmaq mümkün olacaq və Gürcüstan vahid, bütöv dövlətə çevriləcək”, – o bildirib.