Kobaxidze: ABŞ-dan qarşılıqlı addım gözləyirik

Kobaxidze: ABŞ-dan qarşılıqlı addım gözləyirik

Gürcüstan amerikalı tərəfdaşlarından qarşılıqlı addımlar gözləyir, ABŞ-ın bu günə qədər atdığı addımlar qarşılıqlı addımlar deyil.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze ABŞ-ın Tiflisə yardımı dayandırması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bizim üçün əsas odur ki, gözləmə rejimindəyik. Biz addımlar atırıq və ən əsası amerikalı tərəfdaşlarımızdan da qarşılıqlı addımlar almaqdır. İndiyə qədər gördüklərimiz qarşılıqlı addımlar deyil”, – o bildirib.

Qeyd edək ki, ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstan hökuməti ilə “Xarici agentlər haqqında” qanuna görə münasibətlərə yenidən baxılması çərçivəsində 95 milyon dollardan çox yardımın dayandırıldığını açıqlayıb.

Teqlər: