Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2020-ci ildə 150-yə yaxın, 2021-ci ilin birinci yarısında isə 120-dən çox biznes planın hazırlanmasında sahibkarlıq subyektlərinə dəstək göstərilib.
Agentlikdən AzerTimes-a verilən məlumata görə, bu biznes planlar əsasında Bakı şəhəri və regionlarda yeni biznes sahələri yaradılır və mövcud sahibkarlıq fəaliyyəti genişləndirilir. Agentlik müvafiq biznes planların maliyyə resurslarına yönləndirilməsində də KOB subyektlərinə dəstək göstərir.
Sahibkarlıq subyektləri biznes planın hazırlanmasına köməklik üçün KOBİA-nın ölkənin 20-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB inkişaf mərkəzlərinə müraciət edə bilərlər. KOB inkişaf mərkəzlərinin ekspertləri tərəfindən biznes planın hazırlanması üçün sahibkarlara ödənişsiz olaraq dəstək göstərilir.