Klub prezidenti təyyarə qəzasında öldü

Klub prezidenti təyyarə qəzasında öldü

Venesuelanın Miranda əyalətində kiçik “Learjet 55” tipli təyyarə qəzaya uğrayıb.

AzerTimes xəbər verir ki, əyalətin Karallave şəhərində qəzaya uğrayan kiçik təyyarədə 6 nəfər səyahət edirmiş.

Ölənlərdən birinin Venesuelanın önəmli futbol klublarından olan “Estudiantes de Merida”nın prezidenti Kristian Toni olduğu bildirilir.

Qəzanın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Teqlər: