Klintonlar da Harrisi dəstəklədi

Klintonlar da Harrisi dəstəklədi

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi Demokratlar Partiyasından prezidentliyə namizəd kimi dəstəkləyiblər.

Axaraz xəbər verir ki, bu barədə Bill Klinton X səhifəsində bildirib.

“Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik”, – paylaşımda deyilir.

Qeyd edək ki, seçki yarışından geri çəkilən ABŞ Prezidenti Co Bayden prezident seçkilərində Demokratlar Partiyasının namizədi olaraq vitse-prezident Kamala Harrisi dəstəklədiyini açıqlayıb.

Teqlər: