Klintondan etiraf: Bu, Ukraynanın sonu olacaq…

Klintondan etiraf: Bu, Ukraynanın sonu olacaq…

ABŞ-da prezident seçkilərində respublikaçı Donald Trampın qələbəsi Ukraynanın və Amerika demokratiyasının sonu deməkdir.

AzerTimes Publika.az-a istinadla xəbər verir ki, bunu keçmiş dövlət katibi Hillari Klinton deyib.

“Əgər Tramp 2024-cü ildə qalib gəlsə, bu, ABŞ-da demokratiyanın sonu olacaq. Bu, Ukraynanın sonu olacaq. O bizi NATO-dan çıxaracaq”, – o, deyib.

“Trampın əsas rəqibi, hazırkı ABŞ prezidenti Co Baydenin yaşı seçicilərin düşünmək hüququ olan məsələdir”, – qəzet Klintondan sitat gətirib.

Teqlər: