Klaçkov: Bakı və İrəvan arasında hərbi toqquşma olacaq

Klaçkov: Bakı və İrəvan arasında hərbi toqquşma olacaq

Rusiyaya axmaqcasına açıq meydan oxuyan Ermənistan oturduğu budağı kəsir.

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Pavel Klaçkov deyib.

“Moskvanın mövqeyi, münaqişə zonasında Rusiya sülhməramlılarının yerləşdirilməsi Ermənistana İkinci Qarabağ müharibəsində hərbi əməliyyatları dayandırmağa kömək etdi. Amma indi vəziyyəti daha da kəskinləşdirən və yenidən müharibəni alovlandıran şərait yaranır. Baş verən müxtəlif addımların kompleksi yeni hərbi toqquşmadan xəbər verir. Bu, tezliklə olacaq. Amma ssenari hər zaman dəyişkən olur.

Cənubi Qafqazdakı vəziyyət həm də ciddi oyunçular – Rusiya, Qərb bloku və Çin arasında qlobal gərginliyin seqmentlərindən birinin əksidir. Və bu qlobal qarşudurmada böyük oyunçuların böyük çəkişmələrinə girmədən soyuqqanlı baş tutmaq və “gəminizi”, yəni dövlətinizi daha təhlükəsiz idarə etmək çox vacibdir”, – o bildirib.

Klaçkov qeyd edib ki, Rusiyanın Cənubi Qafqazda nüfuzu azalır:

“Müəyyən erroziya baş verir və Ermənistan bizim üçün o qədər də əlverişli olmayan ölkəyə çevrilir. İrəvandan gələn bəyanatlar boş yerə yaranmır. Bu ona görədir ki, Qərb Rusiyaya növbəti gərginlik nöqtəsi, başağrısı yaratmaq istəyir”.

Teqlər: