Klaarın Qafqaza gəlməsinin pərdəarxası: Nəyə hazırlıq gedir?

Klaarın Qafqaza gəlməsinin pərdəarxası: Nəyə hazırlıq gedir?

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Ermənistana səfərinin detalları bəlli olub.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb.

Məlumata görə, Klaar Ermənistanda yüksəkvəzifəli şəxslərlə görüşəcək. Qəzet həmçinin Klaarın əsas məqsədinin Avropa Birliyinin missiyası ilə bağlı olduğunu bildirib.

Onun İrəvandan sonra Bakıya gələcəyi gözlənilir.

Ekspertlər Klaarın səfərində əsas hədəfin təkcə AB missiyası ilə bağlı olmadığını ehtimal edirlər. Belə ki, onun Azərbaycan və Ermənistan liderlərinin gözlənilən Brüssel görüşünün detallarını müzakirə edəcəyi güman olunur. ABŞ Dövlət Departamentinin Brüssel görüşünün yaxın zamanlarda keçiriləcəyini açıqlaması da bu ehtimalı gücləndirir.

Qeyd edək ki, Toivo Klaar sonuncu dəfə regionda bir neçə həftə öncə olub. O, son səfəri zamanı Tbilisidə Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə görüşərək, İrəvanla Bakı arasında Gürcüstanın vasitəçiliyi məsələlərini müzakirə edib.

Teqlər: