Avropa Birliyinin (AB) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar aprelin 3-də Azərbaycana səfər etməyi planlaşdırır.
AzerTimes Trend-ə istinadən xəbər verir ki, T.Klaar Gənc Avropa Səfirləri və AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən birgə açılmış Avro Klubun açılış mərasimində iştirak üçün Bakıya səfər edəcək.
Xatırladaq ki, T.Klaar sonuncu dəfə Azərbaycana martın 5-də gəlib.