Klaar tələsdi: Mirzoyanın Türkiyəyə səfəri “tarixi”dir?

Klaar tələsdi: Mirzoyanın Türkiyəyə səfəri “tarixi”dir?

AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni diplomatının Türkiyəyə səfərini “tarixi” adlandırmağa bir qədər tələsdi. Brüssel İrəvanın Moskvanın himayəsi olmadan bütün qonşuları ilə münasibətlər qurmasında son dərəcə maraqlıdır. Xüsusilə Türkiyə və Azərbaycanla. Amma AB-nin siyasi yanaşmalarını kənara qoysaq belə, istənilən yüksək səviyyəli Ermənistan-Türkiyə təmasları xüsusi diqqət cəlb edir. Ankara ilə İrəvan arasında diplomatik əlaqələr yoxdur və iki dövlət arasında fikir ayrılıqları hələ də böyükdür. Mirzoyanın səfərini bir növ dönüş nöqtəsi hesab edə bilərikmi?

AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markedonov Mirzoyanın Türkiyəyə səfirini şərh edərkən deyib.

“İlk növbədə, səfərin kontekstinə diqqət yetirməyə dəyər. Türkiyə indi milli miqyasda faciə yaşayır. Zəlzələ, ilk növbədə, böyük insan tələfatına səbəb olub. Belə vəziyyətdə Ermənistan qonşu ölkəyə bir neçə partiya humanitar yük göndərib. Zəlzələdən zərər çəkənlərə yardım etmək üçün 27 erməni xilasedicisi Türkiyəyə yollanıb. İrəvan özü də bir neçə dəfə oxşar vəziyyətlə, zəlzələ ilə üzləşib. Bəs bu xoşməramlı təzahürlər dövlətlərarası münasibətlərin siyasi mahiyyətini dəyişə bilərmi? Bu sualın cavabı o qədər də aydın deyil. Təbii ki, Ermənistan tərəfinin jestləri Ankarada müsbət qarşılanacaq. Və bu, Çavuşoğlu ilə erməni həmkarı Mirzoyan arasında danışıqlar üçün əlverişli atmosfer yaradacaq. Bununla belə, simvolik addımların ardınca mürəkkəb ikitərəfli gündəliyə müraciət qaçılmaz olacaq. Burada biz Laçın “böhranı”, Qarabağ məsələsi, ümumiyyətlə, Ermənistan-Azərbaycan münasibətləri mövzusundan uzaqlaşa bilmirik. Danışıqlarda emosional və psixoloji ab-havanın dəyişdirilməsi vacibdir, buna şübhə yoxdur. Amma özlüyündə hər iki tərəfin qəbul etdiyi konkret qərarlar olmadan bu, səfərin tarixi xarakter daşımasına gətirib çıxarmayacaq”, – Markedonov bildirib.

Teqlər: