Klaar sərhəddə olmayan atışmadan “narahat oldu”

Klaar sərhəddə olmayan atışmadan “narahat oldu”

Ermənistan və Azərbaycan sərhədində atışma və qurbanlarla bağlı narahatedici xəbərlər var.

AzerTimes xəbər verir ki, bu barədə AB-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar özünün X mikrobloqunda yazıb.

“AB Bakı və İrəvanla daim əməkdaşlıq edir. Yerdə sakitlik və danışıqlar masası arxasında həlledici irəliləyişin əldə olunması həyati əhəmiyyət kəsb edir”, – o bildirib.

Qeyd edək ki, bu gün Ermənistan ordusunun iki əsgəri güllə yarası alıb. Biri bu gecə, 02:50 radələrində N saylı hərbi hissədə “naməlum şəraitdə” güllələnib və ölüm təhlükəsinin olmadığı bildirilir. Digəri isə – Arakelyan Gerasim Avetikoviç 14:35 radələrində Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsində aldığı güllə yarasından ölüb.

Ermənistan MN birinci faktla bağlı hansısa uydurma yaymasa da, gün ərzində baş verən ikinci güllələnməni ört-basdır etmək üçün Azərbaycan Ordusunu ittiham edib və guya Ordumuzun açdığı atəş nəticəsində Arakelyanın öldüyünü bildirib.

Azərbaycan MN və XİN bunu qəti şəkildə təkzib edib.

Teqlər: