Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistan Baş nazirinin müavini Mger Qriqoryanla görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər regiondakı proseslər barədə fikir mübadiləsi aparıblar.
Onlar həmçinin demarkasiya prosesinin prinsipləri və hüquqi əsasları ilə bağlı məsələləri də müzakirə ediblər.