Klaar İrəvanda Mirzoyanla görüşdü

Klaar İrəvanda Mirzoyanla görüşdü

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Görüşdə Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda son proseslər müzakirə olunub.

Eyni zamanda Laçın yolu və Qarabağ mövzuları gündəmə gətirilib.

Qeyd edək ki, Klaarın Bakıya da gələcəyi gözlənilir.

Teqlər: