Klaar Bakıdan İrəvana getdi, Paşinyanla görüşdü

Klaar Bakıdan İrəvana getdi, Paşinyanla görüşdü

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

AzerTimes xəbər verir ki, görüşdə AB-nin Ermənistandakı nümayəndə heyətinin rəhbəri, səfir Vasilis Maraqos da iştirak edib.

Görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesi ilə bağlı məsələlər müzakirə edilib, onun davamlılığı vurğulanıb.

Qeyd edək ki, Toivo Klaar İrəvana Bakıdan gedib. O, Bakıda XİN başçısı Ceyhun Bayramovla görüşmüşdü.

Teqlər: