Kiyevlə münasibətlər o həddə gərginləşib ki… – Polşa

Kiyevlə münasibətlər o həddə gərginləşib ki… – Polşa

Polşa ilə Ukrayna arasında münasibətlər elə bir mərhələyə qədəm qoyur ki, onların bərpası titanik səylər tələb edəcək.

AzerTimes xəbər verir ki, bu sözləri Polşanın xarici işlər naziri Zbiqnev Rau deyib.

“Başlanğıc nöqtəsinə qayıtmaq üçün titanik səylər tələb olunacaq. Varşava və Kiyev arasında uzunmüddətli və mürəkkəb əlaqələr mövcuddur. Ukrayna hakimiyyəti istəsə, mütləq çıxış yolu tapacaq”, – deyə nazir bildirib.

Xatırladaq ki, Polşa Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalına müəyyən məhdudiyyətlər tətbiq edib. Bu isə Kiyev və Varşava arasındakı münasibətlərin kəskinləşməsinə səbəb olub.

Teqlər: