Xerson ruslardan azad edildikdən sonra HİMARS sistemlərini işğal altında olan Krım yaxınlığına yerləşdirmək lazımdır. Bu, rusların işini xeyli çətinləşdirəcək.
AzerTimes xəbər verir ki, bunu istefada olan amerikalı general-leytenant Ben Hoces deyib.
O bildirib ki, HİMARS yarımadaya yaxınlaşdırıldıqdan sonra bütün infrastruktura, o cümlədən Sevastopol limanına hər gün hücum etmək olar:
“Bu, həqiqətən də Rusiyanın Krımdan əməliyyatlar aparmasını çox çətinləşdirəcək. Qara dəniz donanması artıq yarımadanın arxasında gizlənir. Bu (Xersonun azad edilməsi) rusların işini çox çətinləşdirəcək. Artıq Krım çimərliklərində rus turistləri görməyəcəksiniz”.