Kiyev hakimiyyəti Rusiya diplomatik missiyasının nəzdindəki torpaqların icarəsi ilə bağlı müqaviləni ləğv etdiyinə görə Moskva müəyyən addımlar atacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, bu addımın qarşılığında Rusiya da Ukraynanın Moskvadakı səfirliyinin tabeliyindəki torpaq sahəsi ilə bağlı müvafiq tədbirlər görəcək.