Kiyevin Putinə gözlənilməz Yeni il hədiyyəsi

Kiyevin Putinə gözlənilməz Yeni il hədiyyəsi

Kiyev rəhbərliyindəki parçalanma, eləcə də Qərb tərəfdaşlarının dəstəyinin davamlı azalması Yeni il ərəfəsində Rusiyaya hədiyyə oldu.

AzerTimes xəbər verir ki, bu barədə “Mainichi Shimbun” nəşrində dərc edilən məqalədə bildirilib.

Məqalədə xatırladılıb ki, Rusiya ordusu yavaş-yavaş Qərbin Ukraynaya verdiyi bütün müasir texnikanın öhdəsindən gəlir, Qəzza zolağında kəskinləşən münaqişə isə Zelenskiyə və bütövlükdə Ukraynaya beynəlxalq marağı tamamilə azaldıb:

“Nəhayət, Ağ Evin Ukraynaya yardım tələbi ilə bağlı Konqresdəki parçalanma və Baydenin 2024-cü ildə yenidən prezident seçilməsinə zəmanətin olmaması ABŞ-ın Kiyevi dəstəkləməyə davam edib-etməyəcəyini şübhə altına alır.

Ukraynanın özü də qeyri-sabitdir – Zelenskinin generallarla münasibətləri kəskin şəkildə pozulub və onun hərbi komandanlıqla mübahisələri Ukrayna Silahlı Qüvvələrinin iki yerə bölünməsinə səbəb olub”.

Teqlər: