Kiyevin pulu bitir, müharibəni davam etdirə bilməyəcək

Kiyevin pulu bitir, müharibəni davam etdirə bilməyəcək

Payızda Ukraynanın maliyyə resursları tükənə və beynəlxalq borcun iki il müddətinə təxirə salınması ilə bağlı razılaşmaya baxmayaraq, iqtisadiyyat kəskin enişlə üzləşə bilər.

AzerTimes xəbər verir ki, bu barədə “Faynənşl Tayms” nəşrinin məqaləsində bildirilib.

Nəşrin jurnalistləri qeyd edirlər ki, müharibə səbəbindən aylıq xərclər fevralda 250 milyon dollardan may ayında 3,3 milyard dollara yüksəlib. Nazirlər Kabineti artıq hərbi ehtiyaclarını ödəmək üçün gündəlik xərclərdə kəskin azalma tətbiq edib. Bundan əlavə, səlahiyyətlilər daha sərt tədbirlər görə bilər.

“Ölkədə nəsə baş verməlidir – ya vergilər artmalı, ya da xərclər azalmalıdır. Hamı müharibənin tezliklə bitəcəyini düşünürdü. Amma bu, aylar, hətta illər çəkəcək”, – Kaliforniya Universitetinin professoru Yuri Qorodniçenko bildirib.

İqtisadi Strategiya Mərkəzinin direktor müavini Mariya Repkonun fikrincə, bizneslərə hər hansı əlavə vergilər onların müflisləşməsinə gətirib çıxara bilər ki, bu da humanitar böhranı daha da gücləndirər. Onun sözlərinə görə, hərbi xərclərin irimiqyaslı artımı indiki səviyyədə davam edərsə, payızda ölkədə vəsait tükənəcək.

Repko həmçinin qeyd edib ki, xarici dəstək olmasa, Ukrayna iqtisadi baxımdan hərbi əməliyyatları davam etdirə bilməyəcək.

Teqlər: