Kiyevin Mişa tələbinə Tiflisdən cavab

Kiyevin Mişa tələbinə Tiflisdən cavab

Ukraynanın hakim “Xalqın xidmətçisi” fraksiyasının Ali Radadakı rəhbəri David Araxamiyanın “Gürcüstan Ukrayna ilə münasibətləri yaxşılaşdırmaq istəyirsə, Saakaşvilini bizə qaytarmalı və Rusiya ilə birbaşa aviareysləri dayandırmalıdır” bəyanatı anlaşılmaz və kədərlidir.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Kobaxidze Gürcüstanın Ukrayna ilə həmrəylik əlaməti olaraq kömək üçün atdığı addımları sadalayıb:

“Ukraynanın xeyrinə altı yüzdən çox akt, qətnamə və digər qərarların dəstəklənməsində iştirak etmişik, eyni zamanda, çox böyük humanitar yardım etmişik. Ukrayna çox çətin vəziyyətdədir, Ukrayna xalqı müharibə vəziyyətindədir, ona görə də Araxamiya ilə polemikaya girmək niyyətində deyilik”.

Qeyd edək ki, Gürcüstan hökuməti Ukraynanı rəsmi cinayətlərdə təqsirli bilinən keçmiş gürcü məmurlarını ekstradisiya etməkdən imtina etdiyinə görə qeyri-dost addımda ittiham edib.

Teqlər: