Kiyevin “Krıma hücum” anonsuna Rusiyadan cavab

Kiyevin “Krıma hücum” anonsuna Rusiyadan cavab

Ukraynanın Krıma hücum etmək üçün gücü yoxdur.

AzerTimes xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin sədri Viktor Bondarev deyib.

“Ukraynanın hücum üçün nə resursu, nə hərbi qüvvəsi, nə də krımlıların dəstəyi var. Qərb də Ukraynaya bu avantüranı həyata keçirməkdə kömək etməyəcək. Buna görə də Kiyev hökuməti anonsdan uzağa gedə bilməyəcək”, – Bondarev bildirib.

Qeyd edək ki, dünən Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Ukraynanın Krıma hücum planlaşdırdığını demişdi.

Teqlər: