Ukrayna hərbçilərinin əks-hücum əməliyyatına hazırlanmasının dörd komponenti var. İlk növbədə, silahların yığılması davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna prezident ofisinin rəhbərinin müşaviri Mixail Podolyak “Kanal 24”-ə müsahibəsində deyib.
O bildirib ki, Ukraynanın əks-hücum hazırlığının ikinci komponenti burada iştirak edəcək bölmələrin hazırlanması və tapılmasıdır.
Podolyak üçüncü faktoru Baş Qərargahda planlaşdırmanın aparılması ilə əlaqələndirib.
Ukrayna rəsminin sözlərinə görə, dördüncü bənd psixoloji və hava faktorları ilə bağlıdır.