Rusiya 2022-ci ilin fevralında genişmiqyaslı işğala başlayanda Ukraynanın donanması demək olar ki, yox idi. Yeganə freqat “Getman Saqaydaçnı” Rusiya tərəfindən ələ keçirilməməsi üçün üçün batırıldı.
AzerTimes xəbər verir ki, bu barədə “Ekonomist” nəşrində yayımlanan məqalədə deyilir.
“İki ildir ki, Ukrayna quruda Rusiya hücumunu dayandırmağa çalışır, lakin Qara dənizdə müharibəni qazanır və Rusiyanın taxıl gəmiləri üçün yaratdığı blokadanı yarır.
Ukraynanın uğurları sürətli texnoloji innovasiyalardan asılıdır. Hərbi-dəniz donanması ekipajlı gəmilərə əsaslanır. Lakin Ukrayna ekipajsız katerlər donanması yaradıb”, – şərhdə bildirilib.